Əmirəl-möminin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa məlumat
Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kəbə evində dünyaya göz açmışdır.
Atası Əbutalib, Anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.
Həzrət Əli əleyhissəlamin həyatının bölmələri
Həzrət Əli əleyhissəlamın besətdən (Məhəmməd (səlləllahu əleyhi və
alih) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini İslami
hadisələrdə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını
və o Həzrətin vəfatından sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək ömrünü aşağıdakı beş hissəyə bölmək olar:
1)–Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) besətinə qədər;
2)–Besətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək;
3)–Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək;
4)–Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından Əli əleyhissəlamın xəlifə olmasına qədər;
5)–Həzrət Əli əleyhissəlamın xəlifəlik dövrü (şəhadətinə qədər)