NAMAZIN HİKMƏT VƏ SİRLƏRİ

Bildiyimiz kimi, füruiddinin (əməli hökmlərin) birincisi namazdır. Namaz o qədər əhəmiyyətlidir ki, hətta döyüş meydanında, xəstəlik və s. şəraitlərdə belə yerinə yetirilməli və heç bir halda tərk olunmamalıdır. Adəm peyğəmbərin (ələyhissəlam) yaradılışından başlayaraq sonuncu Peyğəmbər həzrət Məhəmmədin (salləllahu ələyhi və əlihi və səlləm) dövrünə kimi
bu ibadət müxtəlif formalarda yerinə yetirilmiş və nəhayət İslam dinində kamilləşmişdir. Cism və ruhdan ibarət olan insanın bədəninin təmiz qalması və müxtəlif xəstəliklərdən qorunması
üçün “su” zəruri olduğu kimi onun ruhunun paklanması və sağlam qalması üçün “namaz” da zərurətdəndir. Çünki Allaha səmimi qəlbdən iman gətirib öz əməllərinə diqqət yetirən hər bir namazqılan, daima çalışır ki, yalnız Yaradanın razılığını əldə etsin və mənəviyyata ucalmaqla kamillik pillələrini addımlasın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button