“Namazın sirri” adlı bu kitab redaktə olunmaq üçün mənə veriləndə istər-istəməz içimdə qəribə bir əhval-ruhiyyə yarandı. Çox qəribə, bəlkə də sözlə ifadəsi mümkün olmayan hisslər baş qaldırdı qəlbimdə. Çox güman ki, insanın Allaha, Yaradana olan sevgisi də elə məhz bu kimi hisslərdən meydana gəlir. Kimnə deyir-desin, mən kitabın redaktəsinə keçməzdən öncə bu hisslərimi oxucularla bölüşmək istədim. Xüsusilə Allah-təalanın yer üzündə xəlq etdiyi və varlığın əşrəfi hesab olunan insanların çağdaş dövrümüzdəki ağrılı-acılıtaleyi mənə bir insan kimi çoxtəsir göstərir. Və mənə elə gəlir ki, insanların belə bir vəziyyətə gəlib çatmasının səbəblərindən biridə məhz odur ki, insanın insana olan sevgisində qüsurlar baş verir. Mənə elə gəlirki, bu günkü ağrılı-acılı taleyimizin ən ümdə səbəblərindən biri məhz insanınAllah-təalayaolan sevgisində nöqsanların baş qaldırmasıdır.
