Əziz oxucular! Qarşınızdakı bu qiymətli əsər ustad Əlirza Pənahiyanın İmam Rzanın (ə) müqəddəs hərəmində çıxış etdiyi “Necə kamil namaz qılaq?” adlı silsilə söhbətlərindən toplanmışdır. Bu kitabı mütaliə etdikdən sonra namaz barədə olan fikirləriniz və namaza olan baxışınız tamamilə dəyişəcək. Bu kitab, təkcə namaz qılanlara deyil, həm də namaz qılmayanlar üçün ən gözəl hədiyyə və bələdçi, eyni zamanda namazı onlara sevdirəcək gözəl bir vasitə olacaq. Bu kitabı namaza başlamaq, yaxud da namaza başlamaqlarını istədiyimiz şəxslərə könül rahatlığı ilə hədiyyə edə bilərik. Umidvarıq ki, bu kitabın vasitəsilə namaz qılanlar öz namazlarını daha da gözəlləşdirib, kamil edəcək, namaz qılmayanlar isə namazı ən gözəl şəkildə tanıtdıran bu kitabın vasitəsilə namaz qılanlardan olacaqlar.