O, PEYĞƏMBƏR DEYİLDİ

GİRİŞ

Allahın köməyi ilə başladığımız tərcüməni bitirdik. Mövzunun
əhəmiyyətini nəzərə alaraq, bu qiymətli tədqiqat əsərini ərsəyə gətirən Şeyx Həsən ibn Fərhana dərin minnətdarlığımızı bildiririk…
Vəhhabilik və Məhəmməd ibn Əbdülvəhhab bərəsində çoxlu elmi və tənqidi əsərlər yazılmışdır. Ancaq onların hamısının həqiqəti əks etdirdiyini demək çətindir. Kitabın müəllifi Şeyx Həsən Səudiyyə Ərəbistanında anadan olmuşdur. Özünün də qeyd etdiyi kimi, dini təhsilini vəhhabilərin arasında almışdır. Bu mühitdə keçirdiyi uzun illər ərzində fikirlərinin vəhhabi ideologiyasına uyğun olmadığı qənaətinə gəlmişdir. Bunun nəticəsi olaraq da, vəhhabiliyə qarşı tənqidi yazılarını qələmə almışdır. Bu əsnada orta yolu təqib etməyə çalışmış, bacardığı qədər ifrat fikirlərdən uzaq durmuş, İslam birliyinə və bərabərliyinə önəm vermişdir. Əsərin Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edərək, onun tərcüməsinə qərar verdik. Təəssüf ki, günümüzdə İslamı sidq ürəklə yaşamaq istəyənlər bəzi həqiqətlərdən xəbərsizdirlər. Məqsədim qətiyyən kiminsə seçdiyi əqidəyə müdaxilə etmək deyildir. Əlbəttə ki, müsəlman kimi məni maraqlandıran əsas məsələ İslama bağlı əqidə məktəbinin nəyə görə digərlərini kafirlikdə ittiham etməsi, hətta bəzən onların öldürülməsini də məqbul görməsidir. Bizim bildiyimiz İslam nəinki bir müsəlmanı, hətta tutarlı səbəb olmadan günahkar bəndəni öldürməyi də qadağan etmişdir. Belə olan halda ortaya sual çıxır: Ya bizim oxuduğumuz Quran və hədislər onların oxuduqları ilə eyni deyil, ya da İslamın əsas mənbələri hesab olunan bu qaynaqları istədikləri kimi başa düşürlər. Şübhəsiz ki, hamımız eyni Quranı oxuyuruq. Etiqad və əməldə bəhrələndiyimiz və etibar etdiyimiz hədislər eynidir. Elə isə niyə özünə müsəlman deyənlər özləri kimi düşünməyən digər
müsəlmanların öldürülməsini rəva bilsin?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button