PEYĞƏMBƏRİN RƏHMƏTİ CAHİLİYYƏTİN QƏZƏBİ

Qurani Kərimdən sonra Peyğəmbərin (s) sünnəti və ənənəsi
İslam mərifətlərinin tanınması və bu dinin milyonlarla davamçısının həyat tərzinin müəyyənləşdirilməsi sahəsində ən mühim mənbə kimi qəbul olunur. Elə bu səbəbdən də, O Həzrətinin sünnətinin müxtəlif aspektlərini tanımaq müsəlman alim və mütəfəkkirlərindən başqa bütün İslam tədqiqatçılarının və şərqşünasların üzləşdiyi çətin məqamlardandır. Peyğəmbərin həyatını və sünnətini düzgün işıqlandırmaq İslam araşdırmalarında özünəməxsus yerə malikdir. İnsanların öz zəmanələrinin övladları olması səbəbindən apardıqları tədqiqat və araşdırma işləri də çox vaxt zaman və məkan tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Ümumiyyətlə zaman və məkan məsələsi həmişə tədqiqatçıların məqsədlərinə və düşüncələrinə təsir göstərən amil olmuşdur. İndiyədək aparılan peyğəmbərtanıma tədqiqatlarının Peyğəmbərin (s) əxlaqına, şəxsi və sosial həyat tərzinə, yaxud o Həzrətin davranışlarına əsaslanaraq fiqhi əhkamlar barədə nəticə çıxarmağa daha çox aid olunmuşdur. Halhazırda isə bir tərəfdən islam hökuməti məsələsinin meydana çıxdığı və ölkəmizdə belə hökumətə bənzər bir hökumətin yaranması, digər tərəfdən “söz azadlığı”, “məzhəb azadlığı”, “müxaliflərin hüquqları” və “azlıqların hüququ” kimi məsələlərin mütəfəkkirlərin ən çox müraciət etdiyi sahələr olması səbəbindən Həzrət Peyğəmbərin(s) siyasi həyatını, idarəçiliyini, o Həzrətin siyasi düşüncələrində müxaliflərin tutduğu yeri araşdırmaq ən başlıca məsələlərdən birinə çevrilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button