PİŞAVƏR GECƏLƏRİ – 2.CİLD

ALTINCI GECƏ
28 rəcəb, çərşənbə, 1345-ci il (1924) Axşam çağı – gün batmamışdan əvvəl əhli-sünnətin çox dəyərli, mətin, şərif
və təvazökar tacirlərindən olan və ilk gecədən etibarən fasiləsiz olaraq məclisdə iştirak edən möhtərəm Qulam İmameyn gələrək, uzun söhbət etdi: «Erkən gəlib, narahat etməyimin səbəbi bəzi şeyləri sizə bildirməkdir. Dünən çox maraqlı dəlillərə əsaslanan bəyanlarınızla bizdən bir qrup şəxsi özünüzə cəzb etdiniz; qəlblər tamamilə yumşaldı. Bəzilərinin təqiyyə edərək söyləmədikləri şeyləri, əlhəmdulillah, siz cəsarətlə dediniz. Həqiqətlərin üzünü
örtən pərdələri bir-bir qaldırıb, – ədəb hüdudları daxilində – onları bizə tanıtdırdınız. Dünən axşam buradan getdikdə alimlər güclü müqavimətimizə məruz qaldılar; hətta bir-birimizə nəzakətdənkənar sözlər söylədik. Çətinliklə də olsa, aranı sakitləşdirdik. Aramızda ciddi bir ixtilaf meydana gəldi; bu gecə ağalar bizə çox acıqlıdırlar». Namaz vaxtı məğrib və işa namazlarını bizim kimi qıldılar. Məclisdə iştirak
edənlər yavaş-yavaş gəlməyə başladılar. İltifat və ehtiramla olan qarşılıqlı münasibət şəraitində içilən çaydan sonra söhbətə Nəvvab Əbdülqəyyum Xan başladı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button