QİYAMƏTDƏ ÜÇ DƏQİQƏ

Şəhid İbrahim Hadi Mədəniyyət Qurupu dostları illərdir ki, şəhidlər mövzsunda fəaliyyət göstərirlər. Bu qurup tərəfindən çap olunan və müxtəlif mövzulara malik olan şəhidlərə həsr edilmiş onlara kitab, xalq tərəfindən böyük maraqla qarşılanmışdır. 1396-cı ildə İsfahana bir səfərimiz oldu. Orada Sepahın komandirlərindən olan əziz bir dostumuzdan bir həmkarı ilə bağlı qəribə bir hadisə eşitdim. O, dedi: “Həmkarımız müharibə veteranı və hərəmin müdafiəçilərindəndir. O, cərrahiyə əməliyyatı zamanı üç dəqiqəlik dünyasını dəyişir. və sonra əməliyyat otağında yaradılan şokla həyata qayıdır. Lakin bu qısa müddətdə onun adi insanların anlamasının çətin olduğu şeylər gördüyü bildirilir. Həmkarımız hadisəni bir neçə yaxın dostuna danışmışdı və bunun yayılmasını çox da istəmirdi. Bundan əlavə, bu hadisədən sonra əxlaq və davranışları tamamilə dəyişmişdi. Bu şəxslə tanış olmağı çox istəyirdim. Onun telefon nömrəsini tapıb dəfələrlə zəng etdim, nəhayət telefona cavab verdi. Bir neçə müsahibə, bir neçə səfər və görüşün nəticəsi sizin qarşınızdakı kitab oldu. Əlbəttə ,onun müsahibələrini nəşr etdirmək üçün razılığını almağımız bizə uzun müddətə başa gəldi.Həmçinin, o, kitabda öz adının və şəxsiyyətinin qeyd olunmaması şərtini qoydu. Bu səbəbdən, biz onun kimliyi barədə məlumat verməkdən çəkinirik. Həmçinin, razı qalmadığı bəzi məqamları kitabdan çıxardıq.

User Rating: 2.95 ( 1 votes)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button