QURANDA NAMAZ

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”
Əlinizdə olan “Qur`anda Namaz” adlı kitab Qurani-kərimin bu-yuruqlardan ilham alaraq namaz haqqında söhbət açır. Belə ki, namaz haqqında olan 100-ə yaxın ayəyə uyğun mövzular tərtib edilmiş və mə`sumlardan (ə) nəql edilən rəvayətlərə istinadən
onlara şərhlər verilmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın əhatə etdiyi mövzular aydın şəkildə qələmə alınmış və diqqətin əsas məqsədə yönəlməsi üçün mətnə uyğun,
vahid prinsip əsasında başlıqlar seçilmişdir. Kitabın səciyyəvi imtiyazlarından biri də, namazın əxlaqi-mə`nəvi yönlərinə diqqət yetirməsi və onun cəmiyyətdə olan roluna nəzər salmasıdır. Ümidvarıq, kitab əziz oxucuların marağına səbəb olacaq və qeyd edilən mövzulardan səmərəli istifadə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button