QURANİ-KƏRİMDƏ XİTABLAR 1-ci Cild

Hörmətli oxucu!
Əlinizdə olan bu kitab Seyyid Əliəkbər Ocaq Nejadın “Qurani-kərimdə xitablar” mövzusunda söylədiyi moizələr əsasında hazırlanmışdır.
Qurani-Kərim Allahın bizə nazil etdiyi müqəddəs kitabdır. Bu kitabda insanlara müxtəlif ibarələrlə müraciət və xitab olunur. Xitabların bəzisi möminlərə, bəzisi insana, bəzisi isə camaata və kitab əhlinə ünvanlanır. Həmçinin bu xitabların bir qismi şəxsən Peyğəmbərə(s) aid sözlərlə xitab olunur. Peyğəmbərə (s) ünvanlanan xitabların çoxu isə o Həzrətə (s) müraciət
olunmasına baxmayaraq, bütün insanları nəzərdə tutur. İnşallah, Quranın bütün bu xitabları barədə gələcək bəhslərimizdə geniş şəkildə söhbətlər açacağıq. Bəhsimizə başlamazdan öncə yaxşı olar ki, müqəddəs Qurani-Kərim kitabı haqda müəyyən qədər söhbət edib, onun fəzilət və şərafəti barədəki ayələrə müraciət edək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button