QURANİ-KƏRİMDƏ XİTABLAR 3-cü Cild

Allah-təala Qurani-Kərimdə müxtəlif xitabları bəyan etmişdir. Bu xitabların bəzisi insana, bəzisi camaata (ümum insanlara), bəzisi müxalifətdə dayananlara (kitab əhlinə), bəzisi isə möminlərə yönəlib. Ötən bəhslərdə bu
haqda geniş söhbət etmişik. Həmin xitabların ikisi barədə müfəssəl söhbət olunmuşdur. Onlardan biri insana, (Ey insan!), digəri isə ümum camaata (Ey insanlar!) olan xitablardır. Həmçinin Quranda kitab əhlinə olan xitablarda yeddi ayə barəsində müəyyən qədər söz açılıb. İnşallah, bu bəhsimizi səkkizinci xitabdan başlayaraq “Maidə” surəsinin 59-60-cı ayələrini nəzərinizə
çatdırmaqla söhbətimizi davam etdiririk. Ayənin tərcüməsinə başlamazdan öncə bir məqama diqqət yetirək. Quranda elə yerlər var ki, Allah-təala birbaşa, yəni arada heç bir vasitə olmadan xitab edir. Bəzi yerlərdə isə Peyğəmbərin(s) vasitəsilə bu xitabları bəyan edir. Qeyd edəcəyimiz ayələr Peyğəmbərin(s) vasitəsilə kitab əhlinə xitab olunan ayələrdir. Allah-təala həmin ayələrdə kitab əhlinə xitab edərək buyurur:
(Ya Peyğəmbər!) De: «Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və
bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizə irad və eyib tutursunuz? Sizin çoxunuzun isə (fasiq) itaətsiz olmağınızı eyib tutmursunuz?!» Həqiqətən, sizin çoxunuz fasiqsiniz (haqq yoldan çıxmısınız).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button