SƏLƏFİLƏRİN BAXIŞINDA AĞIL

İslamın düşüncə tarixi tənəzzül və tərəqqiyə məruz qalmış, müxtəlif dəyişiklik və nəticələrlə əhatələnmişdir. Bu çox dəyişkən tarixdə müxtəlif düşüncə və əsaslara söykənən firqə və məzhəblər üzə çıxmışdır. Onların bəzisi unudul-muş, bəzisi isə müxtəlif dəyişikliklə İslam cəmiyyətində öz rolunu oynamışdır. Lakin bu arada qeyd etmək lazımdır ki, tarixin bu keşməkeşində meydana çıxan vəhhabi firqəsi tamam başqa axarda cərəyan edir. Buna görə də vəh-habilik İslam mütəfəkkirləri arasında heç bir güclü əsasa malik olma-yan bir firqə kimi tanınır. Bununla belə onlar bəzi müsəlmanlara əsassız və quru ideologiyalarını sırımaqla, özlərini İslam təfəkkür meydanının yeganə sahibləri kimi qəbul etdirmək istəyirlər. Buna görə də, bu firqənin ideo-logiyasını və müxtəlif düşüncələrini müəyyən etmək üçün, elə bir işdir ki, möhtərəm Ustad Əli Əsğər Rizvani kimi, davamlı səylərlə, bir çox mənbə və qaynaqlardan istifadə etməklə aparılan tədqiqat işləri nəticəsində bu təfəkkürün gizli və aşkar cəhətləri araşdırılmalı və düşüncələri təhlil edilməlidir.
Çəkdiyi zəhmətə görə Ustada öz təşəkkürümüzü bildiririk. Ümid edirik ki, həmin silsilə tədqiqatlar camaatda bu azğın firqə haqqında daha çox agahlıq yaradacaq. Biz alimlərin fikirlərindən faydalanmaqla növbəti çaplarda bu kitabçanın keyfiyyətini daha da yaxşılaşdırmaq istəyirik. Allah müvəffəqiyyətlərin vəlisidir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button