SAXTA HƏDİSLƏRİN YARANMASI

Bu gün İslam dünyası öz bərəkətli ömrünü müsəlmanların ümumi mənafeyi yolunda vəqf edən böyük şəxsiyyət-Seyyid  Əbdül-Hüseyn Şərəfuddinin adını əzəmətlə yad edir. Onun şəxsiyyəti nə qədər ki, sağ idi, hamının nəzərində əzəmətli idi. Dövrün keçməsi onun həyat səhifəsini vərəqlədi. Amma onun elmi, ondan qalan dəyərli əsərlər, xeyriyyə müəssisələri, Allah və din yolunda etdiyi böyük xidmətlərin qapısı hələ də açıqdır. O, öz iftixarlı həyatında heç vaxt mübarizədən əl çəkməzdi. özünün gözəl xitabələri ilə, çoxlarının iştirak etdiyi məclislərdə, həmçinin yazdığı kitablarda daim müsəlmanları, öz cərgələrində vəhdət yaratmağa, nəzəriy-yələrdə yekdil olmağa və yersiz təəssüblərdən uzaq olmağa çağırırdı. Müəllifin təqribən yarım əsr bundan qabaq yazdığı ilk kitab “Əl-füsulül-mühimmətu” kitabı idi. Mərhum Şərəfuddin İslam ümmətinin ittihadı yolunda qarşılaşdığı problemləri bu kitabında qəlmə almış, aydın bəyan və qət”i sübutlarla onu aşkar etmiş, heç kəs üçün şəkk və tərəddüd yeri qoymamışdır. Bu kitab elə həqiqətlərdən söhbət açır ki, müəllif özünün dərin elmi, söz ustalığı (fəsahət və bəlağəti), ədəbi və nurani üslubu ilə müsəlmanları ittihad və vəhdət bayrağı altında birləşdirmək üçün o həqiqətləri aşkar etmişdir. İncə təfəkkür tərzi, dolğun mənalı ibarələrlə və çox aydın şəkildə yazılan bu kitab o gündə İslamı mütaliələr ətrafında yazılaraq camaatın ixtiyarına qoyulan ilk kitab idi. Bu kitabın nəşr olunmasından iki il sonra əziz müəllif Misrə səfər etdi ki, özünün dəqiq və gözəl xitabələri ilə müsəlmanların vəhdəti yolunda təsirli addımlar atmış olsun. Misirdə onunla “Əl-əzhər” universitetinin rektoru (sünnü məzhəblidir) arasında müəyyən müzakirələr və yazışmalar olmuşdur. (Bu müzakirələr sonradan “Əl-muraciat” adlı kitab şəklində çap olunmuşdur.) Müəllif “Əl-muraciat” kitabının əvvəllərində iki sünnü və şiə alimi arasında olan müza-kirələri son dərəcədə gözəlliklə qələmə almışdır və o, bu işi İslamı daha yaxşı təqdim etmək, müsəl-manların birliyi yolunda daha da irəliləmək üçün lazım və zəruri bilirdi. Elə görkəmli müəllif ömrünün sair dövrlərində də bu böyük əndişə əsasında əməl edirdi. Bu da onun ömrü boyu daimi apardığı İslam cihadından ibarət idi. Gördüyümüz kimi, müsəlmanların müxtəlif qrupları ona hörmət qoyur, onun adını hər yerdə ehtiramla yad edirlər, müxtəlif çapxanalar onun dərin təfəkkürlü və faydalı əsərlərini rəğbətlə qarşılayıb camaatın ixtiyarına qoyurlar. İndi son dərəcədə ixtisarla, öz həyatını müsəlmanların mənafeyinin qorunubsaxlanması, aralarında ittihad yaranması, ayıqlıq, qardaşlıq ideyasının yaranması üçün sərf edən bu böyük alimin iftixarlı həyatını əziz oxuculara çatdırırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button