SƏLƏFİLİK VƏ CAHİLİYYƏT DÖVRÜNƏ QAYIDIŞ

Bağışlayan və Mehriban Allahın adı ilə
İslam mütəfəkkirlərindən bir çoxu ifratçı vəhhabilərin (sələfilərin)
etiqadi, əxlaqi və əməli baxımdan hərəkətlərini bir cəhətdən ərəblərin cahiliyyət dövrünə qayıdış kimi qiymətləndirirlər. Çünki bu ifratçılar o dövrün bir çox xüsusiyyətlərinə malikdirlər. Bu barədə olan alimlərin gətirdikləri dəlilləri oxucuların nəzərinə çatdırır və bu barədə insaflı mühakiməni əziz oxucuların öz öhdəsinə buraxırıq:
1. Cahili ərəblərin ən bariz sifətlərindən biri saya-hesaba gəlməyən şiddət və vəhşilikdir. Onlar insan öldürməkdən ləzzət alırdılar. İllərlə onların arasında qan tökmək səngimədi. Müxtəlif təfsirlərdə Ali-İmran surəsinin 103-cü ayəsinin1 təfsiri haqqında gəlmişdir ki, Mədinədə iki böyük qəbilə – Ovs və Xəzrəc qəbilələri arasında qanlı müharibələr getmiş və bu müharibələr 120 il davam etmişdir. Həmçinin İbn əl-Əsir öz “Kamil fi ət-Tarix” kitabında cahiliyyət dövründə 60 mühüm müharibənin adını çəkmişdir. Belə ki, bu müharibələrdə minlərlə insan həyatını itirmişdir. Əlbəttə ki, kiçik və böyük müharibələrin sayının 1700 olduğu da sabit olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button