Qarşınızdakı kitabda sizi İmam Xameneinin İslam prizmasından məsələlərə yanaşaraq, hadisələri məntiqli təhlil etmək qabiliyyəti və metodu mövzusundakı fikirləri ilə tanış edəcəyik. Siyasi təhlildə “metod” faktoru ona görə əhəmiyyətlidir ki, təhlilin ilk addımından nəticəyə qədər insana kömək olur və zehninə aydınlıq gətirir. Əlbəttə ki, bu sistemə baxış bucağımız heç də quru şəkildə, riyazi formada olan standart proses kimi deyil. Bu kitab iki fəsildən ibarətdir. Birinci fəsildə siyasi təhlilin hazırlıq mərhələsi üçün ilkin zəruri ehtiyaclara və müqəddiməyə toxunulub. Bu fəsildə, ümumi olaraq bir mütəfəkkir və siyasi fəalın ruhi, zehni və praktiki xüsusiyyətləri sadalanıb. Əgər bu xüsusiyyətlər insanda olmasa düzgün siyasi təhlil qabiliyyətinə yiyələnə bilməyəcək. Zərurətlər və qadağalardan ibarət iki hissəyə bölünən ikinci fəsildə isə, düzgün və sağlam bir siyasi təhlilin tələblərindən və təhlil zamanı qadağan olan yanaşmalardan söz açılıb. Qeyd edək ki, hər
çıxışın sonunda tarixi də qeyd olunub.
