Sual 1: Allahın varlığı ehtimal deyilmi?
Cavab: Əvvəla, məsələnin belə qoyuluşu müşahidələrimizə uyğun deyil. İkincisi, istənilən bir dində allahşünaslıq bəhsinə müraciət olunsa, uyğun yanaşma rədd edilər. Üçüncüsü, məgər bəşəriyyətə Allah kəlamını gətirmiş peyğəmbərlər bu məsələni sübuta yetirməmişlərmi?! Dördüncüsü, heç bir ilahiyyat məktəbində Allahın varlığını sübuta yetirmək üçün əvvəlcə ehtimal etməmişlər. Sadəcə, belə deyilmişdir: “Əgər Allah olmasa, kainatın obyektiv nizamlı quruluşu necə izah olunar?! Hər halda, Allahın varlığını ehtimal edənlər zəngin İslam kitabxanasının allahşünaslıq bölməsinə müraciət edə bilərlər.
Sual 2: Allahı tanımaq üçün bir yol varmı?
Cavab : Allahı tanımaq üçün üç yol var: 1. Qəlb və ya fitrət yolu. Yəni hər bir insan öz yaranışına və ruhuna rəğmən Allahı tanıyır. Məsələn, ariflər fitri imanın gücünə inandıqlarından bu qüvvəni artırmaq üçün çalışmışlar. İnsanda belə bir qüvvənin varlığına əmin olmaq üçün iki yol var: öz vücudunu təcrübədən keçirməli; uzun illər insan psixologiyası ilə məşğul olmuş alimlərin mövqeyi ilə tanış olmalı. 2. Hiss və elm yolu.
Bu yol öz növbəsində üç qola ayrılır:
−Kainatın quruluşundakı nizam;
−Mövcudları həyat yolunda təlimatlandırma;
−Dünyanın yaranışı.
3. Əql və ya fəlsəfə yolu. Bu yol çətin olsa da, Allahı tanımaq üçün ən yaxşı yoldur.