Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar. İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız. 1987-ci ilin 23 Mart tarixində Lahor şəhərində xütbə zamanı bomba hücumu nəticəsində ağır yaralanır. Səudiyyə Kralı Fəhd ibn Əbdüləzizin göstərişi ilə Riyad şəhərindəki Feysəl Hərbi Hospitalına köçürülsə də, həyatını xilas edə bilmirlər. Cənazə namazını Şeyx ibn Baz qılmış və
Bəqi qəbirstanlığında dəfn edilmişdir. İhsan İlahi Zahir Mədinədə bir çox məşhur sələfi şeyxindən dərs almışdı. Onların arasında “əsrin mühəddisi” ləqəbli Hafiz Muhəmməd Qondəlvi, Şeyx Əlbani, Şeyx Əbdüləziz ibn Bazı saymaq olar. İhsan İlahi Zahirin İbn Bazla xüsusi münasibətləri var idi. Xütbə zamanı İbn Baz onu öz yanında otuzdurardı. O, Mədinədə oxuyanda Şeyx İbn Baz Mədinə Universitetinin rektoru idi.
İlahi Zahir son kursda ikən ona mühazirə deməyə icazə verilmişdi. Həmin vaxt o, “Qadiyanilik” əqidəsinə qarşı kitab yazır və Pakistanda nəşr etdirmək istəyir. Kitabda “Mədinə Universitetinin məzunu” sözlərini yazmaq istəsə də, faktiki olaraq Universiteti bitirmədiyi üçün rəhbərliyin icazəsi lazım olur. İbn Baz ona bu xüsusi icazəni verir. İlahi Zahir sual verir ki: “Birdən mən məzun ola bilməsəm necə?” İbn Baz cavab verir: “Əgər sən məzun ola bilməsən, mən bu Universitetin qapılarını bağlayaram!” Onun “Şiə və əhli-beyt”, “Şiə və şiəlik”, “Şiə və Quran”, “Şiə və sünnə” kimi yalan və təhrif dolu kitabları var. Bu kitalar bir çox başqa dillərə də tərcümə edilib. Əlinizdəki kitab onun “Şiə və əhlibeyt” kitabına rəddiyyə olaraq yazılmışdır, hansı ki, vaxtilə Pakistanda ilk 9 ay ərzində 5 dəfə təkrar-təkrar nəşr edilmişdi.
