TƏLİM VƏ TƏRBİYƏ

Tərbiyənin mənası
Tərbiyə – hər hansı bir şeyin öz ideal nöqtə və məqsədinə sarı inkişafı, hərəkəti və yetkinləşməsidir. Misal üçün, yeni bir ağacın, yaxud bir gül kolunun tərbiyəsinin mənası budur ki, bu ağac, yaxud gül kolunu inkişaf etdirək, böyüdək, qol-budaq atsın və meyvə versin. Bununla yanaşı, bu kiçik ağac, yaxud kol zahiri, fiziki və estetik baxımdan öz ideal formasına düşsün, meyvəsi də sağlam və şirin olsun. Tərbiyəni belə tərif etdikdə çox geniş məna kəsb edir. Yəni biz insanı necə və hansı formada inkişaf etdirib yetişdirək ki, hər cəhətdən ideal olsun; ağıl və düşüncə sağlamlığı ilə yanaşı fiziki sağlamlığa, elmi və əxlaqi yetkinliyə malik kamil bir insan olsun.
Mədəniyyətin tərifi
Hər bir cəmiyyətin, xalqın və ya inqilabın mədəniyyəti onun elmə, əxlaqa, adət-ənənələrə və bunlardan qaynaqlanan amillərə şamil olan zehni məsələlər məcmusuna deyilir. Bir cəmiyyətə ümumi olaraq hakim olan zehniyyət geniş mənasında o cəmiyyətin mədəniyyətini təşkil edir; istər cəmiyyətin öz daxilindən gəlsin, öz təcrübə və düşüncələrinin məhsulu olsun, istər xaricdən gəlib həmin cəmiyyətin rəngini götürmüş, mədəniyyətinin digər sahələri ilə qarışmış olsun. Bunlar ümumilikdə bir cəmiyyətin, inqilabın və xalqın mədəniyyətini təşkil edir. Əlbəttə, bu, tam və ideal tərif olmaya bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button