VƏHHABİ ƏQİDƏSİ 3-CÜ CİLD

Peyğəmbər (s) məzarının ziyarət edilməsi
Qəstəlani və İbni Həcər “Əl-cövhərülmünəzzəm” kitabında İbni Teymiyyə barəsində belə söyləmişlər ki, o (İbni Teymiyyə), Peyğəmbərin (s) məzarının ziyarət etməsini (istər Şə`ddur-rihal ilə, istərsə də Şəddur-rihalsız,) yasaq və haram etmişdir. Peyğəmbərin (s) məzarının ziyarət edilməsi haram hesab edilirsə, digər qəbirlərin ziyarətinin haram olmasına heç bir şübhə qalmır. O (İbni Teymiyyə) belə güman etmişdir ki, ziyarət etmək məqsədi ilə səfərə çıxmağın haram olmasına dair alimlər arasında yekdil rəy
mövcuddur. Bu səfər isə namazın qəsr qılınmasına səbəb olmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button