VƏHHABİ ƏQİDƏSİ 4-CÜ CİLD

Qadınların qəbirləri ziyarət etməsi caizdirmi?
Həzrət Fatimə (s) haqqında nəql edilmişdir: “O, həmişə şəhidlər ağası Həmzə və digər Ühüd şəhidlərinin qəbrini hər cümə və ya həftədə iki dəfə ziyarət edirdi. Bu əməl Həzrət Peyğəmbərin (s) mübarək həyatı zamanı baş verirdi. Xanım Fatimeyi-Zəhra (s.ə) möhtərəm atasından sonra da bu işi ömrünün sonuna qədər davam etdirdi. Lakin, nə Peyğəmbər (s), nə imam Əli (ə) və nə də digər səhabələr tərəfindən bu işə heç bir irad göstərilmədi.
Bir haldaki o, atasının tərbiyəsi altında böyümüş, elmi də digər şəxslərin elmindən daha çox idi. Belə ki, bu işdə irad olsaydı Həzrət Zəhra onu icra etməz, Peyğəmbər (s) və imam Əlinin (ə) xəbərdarlığına da ehtiyac olmazdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button