On iki il bundan öncə “Vahabi etiqadının yeni təhlili” adlı kitab yazılmışdı. Bu günə qədər Qum Elmi Hövzəsi İslami Təbliğat Müəssisəsinin mərkəzi nəşriyyatı tərəfindən üç dəfə çap olunub yayımlanmışdır. Kitabın dördüncü çapı zamanı onun fəsilləri barəsində yeni fikirlər irəli sürüldü və ilahi yardımlar sayəsində işə başlayıb kitaba yeni məsələlər və nəzəriyyələr əlavə olundu.
Bu kitabın xüsusiyyəti
Bu kitab vahabi etiqadını şiə və sünnə əhli ilə müqyisələndirib onların əsas məsələləri barəsində müzakirəyə çalışmışdır. Bundan əlavə, kitabdakı sitatlar
Məkkə və Mədinə şəhərlərində çap olunmuş bu kitablardır:
1. “Fəthul Məcid”; Şeyx Məhəmməd bin Əbdül Vəhhab – bu hərəkatın başçılarındandır – kitabın əsas müəllifidir və Şeyx Əbdül Rəhman bin Həsən Alul Şeyx kitaba şərh yazmış, Əbdullah bin Baz isə ona çıxarış
vermişdir.
2. “Əl-əsilətu vəl əcvibətul usuliyyə”; bu əsərin yazıçısı Əbdül Əziz Məhəmməd Sultandır.
3. “Ət-tovhid bil-luğətul farsiyyə” (27-ci nömrə) Səudiyyə Ərəbistanı çapə Xeyriyyə və İrşad müəssisəsi
çap edərək 1374-cü Günəş ilində iranlı ziyarətçilərə pulsuz paylanmışdır. Bu mənbələrdən əlavə, sunni və şiə alimlərinin digər kitablarında işarə olunmuşdur. Qarşınızda olan kitabın içindəkilər vahabilərin şiə və
Məsum İmamlar (ə) haqqında baxış və nəzərləridir. Lakin bu o demək deyildir ki, vahabilərfikir, əqidə, hətta uctimai və siyasi nöqteyi nəzərindən sünnə əhli ilə ixtilafa malik deyildirlər. Əlbəttə, bu barədə söhbət açacağıq.