Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Muhəmməd və onun pak
Əhli-Beytinə salam və salavat olsun! İslam dininin başqa dinlərdən fərqli cəhəti onun dünya və axirət dini olmasıdır. Məhz buna görə də müsəlman şəxs hər iki cəhətə əhəmiyyət verməlidir. Dünyası üçün çalışdığı kimi axirəti üçün də çalışmalıdır. Halhazırda yaşadığı dünya həyatında axirət həyatı üçün azuqə toplamalıdır. Necə ki, Allah-təala buyurur: “Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də (başqalarına) yaxşılıq et və yer
üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz”. Buna əsasən də müsəlman şəxsə dini hökmləri yerinə yetirmək və ilahi qadağa-lardan çəkinmək vacibdir. Bir sözə imkan daxilində şəriətin qayda və qanunlara əməl etməli, gündəlik vacib olan beş namazı qılmalı, ramazan ayının orucunu tutmalı, malının zəkatını verməli, Allahın evini
ziyarət etməli və xeyir işlərə dəvət etməlidir. Axirət xoşbəxtliyini əldə etmək üçün saleh əməl yerinə yetirməli və Allaha itaət etməlidir. Xüsusilə də, Qurani-kərim insanın taleyinin onun əməllərinin girovunda olduğunu təkid edir. Əgər əməllər xeyirlidirsə, onun taleyi də xeyirli, şərdirsə şər olacaq. Həmçinin Rəsulullahdan (s) və onun pak Əhli-Beytindən nəql olunan hədislər də, əzabdan xilas olmaq və Cənnəti qazanmaq üçün əməl və itaətin zəruriliyini təkid edir. Müsəlman şəxs şəriət hökmlərinə əhəmiyyət verməzsə, vacib əməlləri tərk edərsə və ya onlara yüngül yanaşarsa, başqa bir səbəbin onu xilas edəcəyini düşünməməlidir