VİLAYƏT NURU

Fitr Bayramı namazının xütbələri


Ayətullah Xamenei: Rüsvayçılıq Amerikanın nəsibi olacaq 1 şəvval 1436
Tehranda İmam Xomeyni (r) müsəllası


Bismillahir-Rəhmanir-Rəhim …
Bu səadətbəxş bayram münasibətilə siz qardaş və bacıları, əziz İran xalqı və bütün dünya müsəlmanlarını təbrik edirəm. Siz namazqılanları və özümü ilahi təqvaya çağırır, nəfsi gözləmək və günahdan uzaqlığa dəvət edirəm. Bu il ramazan ayı sözün əsl mənasında mübarək bir ay idi. Allahın bərəkəti bu millətin üzərinə nazil oldu. Uzun və isti günlərin orucunda, bütün ölkə ərazisində geniş Quran məclislərində, minlərlə gənc, yaşlı, kişi və qadının qatılıb raz-niyaz etdiyi dua və təvəssül mərasimlərində (öz Rəbbi ilə ixlas və xüşu ilə söhbət edirdilər), infaqlarda, xoşbəxtlikdən neçə illərdir davam edən geniş iftar süfrələrində, məscid və xiyabanlardakı süfrələrdə, sonda əzəmətli Qüds günü nümayişində onun nişanələri müşahidə olundu. Bunlar ilahi rəhmət nişanələridir. Oruc tutmuş xalq mübarək ramazan ayının 23-cü günü əhya mərasiminin səhəri, qədr gecəsini sübhədək oyaq qalıb, isti yay günü, oruc ağızla böyük nümayişdə iştirak etdi. İran xalqını tanımağın düzgün yolu budur. İran xalqı bu xalqdır. Bu İran xalqıdır ki, ramazan ayında ibadət mehrabında və imperializmlə mübarizə səhnəsində özünü göstərir. Xalqımızı başqalarının qərəzli dilindən tanımamalıyıq. Xalqımızı onun özündən, şüarlarından, hərəkətindən, bu böyük nişanələrdən tanımaq lazımdır. Budur İran xalqı. Düşmən mənfi fəza yaratmaqla İran xalqını başqa cür göstərmək istəyir, bəzi yanlış düşüncəlilər də təəssüf ki, onların dediyini təkrarlayır. Bu yanlış və səhvdir. İran xalqı həmin xalqdır ki, bu ramazan ayında özünü müxtəlif cəhətlərdən göstərdi. İnşallah, bu gün hər biriniz təsdiq vəsiqəsialırsınız. Bu gün inşallah bayram münasibətilə Allahın lütf və mərhəmət mənbəsindən öz ibadətlərinin qəbul olması ilə bağlı vəsiqə alacaq. İnşallah bəziləriniz qəbul vəsiqəsi ilə yanaşı mükafata daçatacaq. Həm dərəcələri yüksələcək, həm mənəvi və ruhi baxımdan yüksələcəklər. İran xalqının şüarları göstərdi ki, istiqamətli olmaq nədir. Qüds günü İsrailə ölüm, Amerikaya ölüm şüarları ölkə fəzasını titrətdi. Bu təkcə Tehran və böyük şəhərlərdə baş vermədi. Bütün ölkə bu əzəmətli hərəkatın çətiri altında idi. Pərvərdigara! İran xalqının əməllərini öz lütf və mərhəmətinlə qəbul et. Pərvərdigara! Öz lütfünü, mərhəmətini, sonsuz yardımlarını bu xalqa çatdır. Pərvərdigara! Əziz şəhidlərimizi, böyük İmamı, xalqa bu yolda kömək edən bütün insanları öz rəhmətindən bəhrələndir.

Bəyənilmə

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button