VİLAYƏT AYƏSİ

İslam Həqiqətləri Mərkəzindən
Rəhman və Rəhim Allahın adı ilə
… Sonuncu və ən kamil din, peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd Müstəfanın (Allahın salavatı ona və ailəsinə olsun) peyğəmbərliyə seçilməsi ilə insanlara təqdim olundu. İlahi peyğəmbərlərin din və risaləti o həzrətin nübüvvəti ilə sona çatdı. İslam dini Məkkə şəhərində çiçək açdı. 23 il ərzində Allah Rəsulunun (s) və vəfalı səhabələrinin bir dəstəsinin sonsuz səyi nəticəsində bütün Ərəbistan yarımadasını bürüdü. Bu İlahi yolun davamı zil-hiccə ayının 18-i, Qədir Xumda və aydın şəkildə, Allah-taala tərəfindən Peyğəmbərdən (s) sonra, İslam dünyasının ən ali məqamlı şəxsi olan İmam Əli Əmirəl-mömininə (ə) tapşırıldı. Bu gün, Həzrət Əlinin (ə) vilayət və canişinliyi elan olunmaqla, İlahi nemət tamamlandı, İslam dini kamilləşdi və sonra Allahın bəyəndiyi yeganə din olaraq elan edildi. Beləcə kafirlər və müşriklər İslam dinini məhv etməkdən məyus oldular. Çox çəkmədi ki, Peyğəmbərin (s) tərəfdarlarından bəzisi, öncədən hazırlanmış hiylə ilə Peyğəmbərin (s) vəfatından sonra hidayət və rəhbərlik yolunu azdırdılar. Elm şəhərinin qapısını bağladılar və müsəlmanları heyrət və özbaşınalıqda qoydular. Onlar öz hökumətlərinin ilk günlərindən, Peyğəmbərdən (s) olan hədisləri yazmağı qadağan etməklə, hədis qondarmaqla, şübhələr yaratmaqla, hiyləgərlik və şeytani don geyindirmələrlə, günəş kimi parlaq olan İslam həqiqətlərini şəkk və tərəddüdün qara buludları arxasına atdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button