VİLAYƏT GÜNƏŞİ 1-Cİ CİLD

Şübhəsiz, Əhli-Beyt (ə) məktəbinin nəfis inci xəzinələrindən olan və ardıcıllarının vasitəsilə qorunub saxlanılan mədəni-maarif mi-rası islami maarifin müxtəlif yönlərində olan hərtərəfli bir məktəb-dir. Bu məktəb qeyd olunan zülal çeşməsindən mümkün qədər su içməyə qabiliyyəti olan istedadlı insanları tərbiyə etmiş, İslam üm-mətinə bu məktəbin yolunu gedən böyük alimlər və dahi şəxsiy-yətlər təqdim etmişdir. Bu böyük alimlər də mütəmadi olaraq əsrlər boyu – həm islam cəmiyyətinin daxilində, həm də xaricində
müxtəlif ideologiyalar və məzhəblər müqabilində düzgün mövqe seçərək onlara ən dolğun və qənaətbəxş cavablar vermişlər.
“Ümumdünya Əhli-Beyt (ə)” cəmiyyəti öhdəsinə aldığı bu məsuliyyətli vəzifəni yerinə yetirmək və İslamla müxalif olan müxtəlif firqə və məzhəb başçıları tərəfindən risalət hüdudları və onun həqiqətlərinə qarşı yönələn ardıcıl hücumlar qarşısında onu müdafiə etmək üçün Əhli-Beyt (ə) və bu haqq məktəbin davam-çılarının üslubunu davam etdirmək əzmindədir. Bu xüsusda Əhli-Beyt (ə) məktəbi alimlərinin dəyərli kitab-larında mövcud olan təcrübələr öz növbəsində misilsizdir. Çünki onlar əql və bürhan əsasında olan dərin elmi üsullara arxalanır və boş təəssübkeşlikdən və nəfsani istəklərdən uzaqdır, onun dinləyiciləri mütəxəs-sis alimlər və mütəfəkkirlərdir ki, onlara sağlam fitrətin qəbul etdiyi və əqlin bəyəndiyi bir tərzdə xitab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button