Allah-taala buyurmuşdur:
“Həqiqətən Allah bütün pislikləri siz əhli-beytdən uzaq
etmək, sizi pak qərar vermək istəyir.” Allahın Rəsulu (s) buyurur: “Ey insanlar, mən sizin üçün iki qiymətli əmanət qoyuram: Allahın kitabı və Əhlibeytim (ailəm). Bu iki şeydən tutun ki, heç vaxt
azmayasınız. Lətif və xəbərdar Allah mənə xəbər verərək
əhd etdi ki, bu iki şey kövsərdə mənə çatanadək birbirindən ayrılmaz.” Həzrət (s) başqa bir hədisdə belə buyurur: “Mənim Əhlibeytim Nuhun gəmisi kimidir, ona sığınan qurtular, ona
arxa çevirən həlak olar.” Bizim şiələr Həcc səfərində olarkən sünni qardaşların bə’zi əməlləri onlarda sual doğurur. Onlar sünnə əhli ilə şiələr arasındakı əqidə və əməl fərqlərinin kökünü bilmək üçün möhtərəm ruhanilərə suallar verirlər. 2003-ci ildə fərdi ümrə mövsümü Mədinədə olarkən Ayətullah-üzma Fazil Lənkəraninin hey’ətində şər’i suallara cavab vermək üçün tapşırıq aldım. Bir qrup ruhani diqqəti cəlb edən ixtilaflı məsələləri araşdırıb, onları qısa izahlarla zəvvarlara çatdırmağımı istədilər. Mən bu kitabla həmin istəyi imkan qədərində yerinə yetirdim.
