Xristian dünyagörüşü və mədəniyyətinin yaranması dünya tarixində
olan ən önəmli hadisələrdən biri olmuşdur. Fələstin torpaqlarında yaranan bu dinin ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni
təfəkkürün əsas müddəalarını ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr
ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək, rəsmi
dövlət dini statusunu almışdır. Roma mühitində inkişaf etmiş xristian
dünyagörüşü, təkcə yəhudi ənənələri ilə məhdüdlaşmayıb, müxtəlif dinifəlsəfi təlimlərin təsiri altında düşmüşdü. Xristian dininin rəsmi doktrinasıbir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr şəraitində formalaşdı. Lakin bundan sonra daxili ziddiyətlərin kəskinləşməsi nəticəsində orada müxtəlif dini təriqətlər və cərəyanlar fəaliyyət göstərmiĢdir. Sonda, bu ziddiyətlər Xristianlığın parçalanması ilə
nəticələnmişdir. Lakin, bütün bu ziddiyətli məqamlara baxmayaraq bu din dünya dininə çevrilmiĢdir.
Xristianlığın dünya fəlsəfəsinin, mədəniyyətin, incəsənətin inkiĢafında müstəsna rolu olmuşdur. Bu dindən ilhamlanan alimlər, incəsənət xadimləri ən parlaq fəlsəfi əsərləri və incəsənət incilərini yaratmıĢdırlar. Avropa mədəniyyətinin inkişaf etməsindən və dünyada aparıcı rol oynamağa başlamasından sonra isə xristian dünyagörüĢü bu və ya digər dərəcədə demək olar ki, bütün dunya xalqlarının mədəniyyətlərinə və ənənələrinə təsir etmiş və bu günə qədər də öz təsirini saxlamaqdadır.