İbrahim ibn Əbu Mahmud deyib: “İmam Rza (ələyhis-səlam) buyurdu: “Biz Allahın məxluqatı arasında olan höccətləriyik, bəndələri arasındakı xəlifələriyik, sirrinə olan əmanətdarlarıyıq. Biz təqva kəlməsiyik, möhkəm (və sarsılmaz) ipik. Biz Allahın şahidləriyik, yaratdıqları arasında nişanələriyik. Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar) deyə, bizimlə tutub saxlayır. O, bizimlə yağmur endirir və rəhmət(ini) yayır. Yer üzü istər aşkar olsun, istərsə də gizli – bizdən olan Qaimsiz (təkbaşına) qala bilməz; əgər bir gün belə, (təkbaşına, əskik halda) höccətsiz qalsaydı, dəniz öz sakinlərilə birlikdə ləpələndiyi kimi yer də öz əhli ilə birlikdə silkələnərdi”.
