Allah-taala cənab Cəbrail vasitəsilə sonuncu Peyğəmbər həzrət Mühəmmədə (s) «(Ya Peyğəmbər!) De: «Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara (Əhli-beytə)
məhəbbətdən başqa bir şey istəmirəm»» ayəsini nazil etdikdən sonra qəlbi pak insanlar başa düşdülər ki, Peyğəmbərə və nəticədə Allaha yaxın olmağın yeganə yolu o həzrətin Əhli-beytinə sevgidir və bunun da xeyri yalnız insanların özünədir. QuraniKərim də bunu təsdiqləməkdədir: «De: «Mən (bununƏhli-beytimə məhəbbətin müqabilində) sizdən istədiyim şey sizin öz xeyrinizədir.»» Buna görə də Peyğəmbər (s) bu dünyadan köçərkən ümməti arasında iki dəyərli əmanət-Allahın kitabı və öz Əhli- beytini qoyaraq buyurdu ki, bu iki əmanətin ardınca getsəniz, səadətə qovuşar, əks təqdirdə yolunuzu azarsınız. Digər bir hədisdə isə o həzrət buyurmuşdur: «Mənim Əhli-beytim ümmətim arasında Nuhun gəmisinə bənzəyir. Bu gəmiyə minən nicat tapar, ona minməyən isə həlak olar». Bundan sonra pak qəlbli möminlər Peyğəmbər Əhli-beytinə məhəbbət bəsləyib «Ona (Allaha – Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın» ayəsinə müvafiq olaraq bütün ömrü boyu, hətta ölümdən sonra da qəlbən onlara bağlandılar və öz arzu-istəklərinin, hacətlərinin qəbul olunması üçün onları vasitə qərar verməyə başladılar. Çünki onlar
Allahın sevimli bəndələridirlər və duaları, şəfaətləri Allah dərgahında qəbul olur. Onlar Quran təfsirçi-ləridirlər və Quranın sirlərini onlardan öyrənmək lazımdır. Onlar İlahi hökmləri açıqlayanlardırlar, hökmlərin düzgününü onlar bilir. Onlar pak nurlardırlar, həqiqət nurunu məhz onlarda müşahidə etmək lazımdır. Bir sözlə, onlar o şəxslərdirlər ki, dünya və axirət səadətini yalnız onların məhəbbətiylə qazanmaq olar.