İnsanlar cəmiyyətdə mərhəmətli və mehriban tərbiyə olunmaq istəyirlərsə,
mərhəmət və mehribanlıq xüsusiyyətini ilk növbədə ailədən götürməlidirlər. Əgər ailədə bunlar olmazsa, cəmiyyət də məhrəmət, mehribanlıq və digər ülvi hisslərdən məhrum olacaq. Başqa sözlə, əxlaqlı cəmiyyətin formalaşması şübhəsiz ki, ailədən asılıdır. Əgər ailədə əxlaq çiçəklənməsə, cəmiyyətdə də bu nemətdən məhrum olarıq. Beləliklə, istər hüquqi nöqteyi-nəzərdən, istər tərbiyəvi, istərsə də düşüncə baxımından, “ailə” mövzularına diqqət yetirmək birbaşa olaraq öz təsirini cəmiyyətdə göstərəcəkdir.
Qarşınızdakı kitabın bəzi bölmələri fiqhi (hüquqi) sahəyə aiddir. Çünki fiqhi
bölmələrin daxilində teoloji, ideoloji və tanışlıq xarakterli baxışlar da vardır. Bu səbəbdən sadalanan mövzulara diqqət yetirmək və onlara məntiqi yanaşma ailələrin sağlam şəkildə və Quran əsasında tərbiyə olunmasında danılmaz müsbət təsirlərə malikdir. Bundan əlavə kitabda övlad sahibi olmaq və övlad tərbiyəsi, ailədə davranış qaydaları, ailənin hüquqi məsələləri, problemlərin həll yolları, ailənin ehtiyaclarını təmin etmək, onun təməlini zəiflədən səbəblər, feminizm və hicab mövzuları da araşdırılmışdır. Beləliklə, bu kitab Quran, ailə, əxlaq, hüquq və sosiologiya mövzularını əhatə edir. Xatırladırıq ki, buna Quranı mövzu əsasında (tematik) təfsir etmə metodu deyilir və müasir dövrdə geniş şəkildə yayılmışdır. Kitabdakı ayələrin təfsirində əsasən “Əl-Mizan”, “Nümunə” və “Təsnim” təfsirlərinə istinad olunmuşdur.