DƏBDƏBƏÇİLİK

İslam dünyasında yeni dəbdəbə təhlükəsi İslamın dəbdəbə meylini məhv etməsindən sonra İslam dünyasında yeni aristokratlar təbəqəsi meydana çıxdı. Bəzi qüvvələr İslam adı, İslam postları – filan səhabənin oğlu, Peyğəmbərin (s) filan dostunun, filan qohumunun oğlu adları altında onlara yaraşmayan işlərə qurşandılar. Bunların bəzisinin adı tarixdə qeyd olunmuşdur. Elələri tapıldı ki, qızlarının mehri üçün əziz Peyğəmbərin (s), Əmirəlmömininin (ə) və erkən İslam çağı müsəlmanlarının dediyi 480 dirhəmdən ibarət sünnə
mehrinin yerinə bir milyon dinar – yəni bir milyon misqal xalis qızıl mehr təyin etdilər. Kimlər? Böyük səhabələrin, misal üçün, Müsəb ibn Zübeyrin və digərlərinin oğulları. Bir quruluşun daxildən fəsada uğraması budur. Yəni cəmiyyətdə elələri tapılır ki, özlərinin dünyagirlikdən, şəhvətpərəstlikdən ibarət öldürücü və yoluxucu əxlaq xəstəliklərini tədricən cəmiyyətə ötürürlər.

Böyük Rəhbərin İmam Hüseynin (ə) doğum günü münasibəti ilə Keşikçilər
Korpusu və polis qüvvələri ilə görüşdə çıxışından: 1993

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button