VİLAYƏT BAĞÇASI 5-Cİ CİLD

Bismillahir-Rəhmanir-Rəhim.

Çox səmimi və gözəl bir məclisdir. İnsan hiss edir ki, məclisdə ixlas, gənclik şövqü və iman dalğalanır. Siz əziz qardaş və bacılar, tələbə və şagirdlər çox böyük nemət olan gənclikdən əlavə bir üstünlüyə də maliksiniz. O üstünlük budur ki, elmi işlə, təhsillə məşğulsunuz. Bundan əlavə, bu məclisdə iştirak edənlər bu ekskursiyanin proqramı daxilində elm qaynaqlarından bəhrələndilər. Proqramları yeni başlayanlar da inşallah, özlərini bu pak çeşmələrlə doyuracaqlar. Ümidi gənclərə, xüsusən də elm və təhsillə məşğul olan gənclərə dikilən mənim üçün bu məclis çox sevindiricidir. Əvvəla, müəllimlərə və çox dəyərli olan bu mədəni işin təşkilatçılarına təşəkkür etməyim lazımdır; xüsusən də cənab Misbaha – dövrümüzdə doğrudan da mübarək və səmərəli şəxsiyyətlərdən və İslam maarifinin təmiz düşüncəsinin mənbəyi olan bu şəxsə. İnşallah, Allah ona və digər zəhmət çəkənlərə çox dəyərli olan bu xidməti davam etdirmək səadəti nəsib etsin və gənclərin bu elm çeşmələrindən daha geniş və daha dərin istifadəsinə şərait yaratsın.

Elm – əməlin müqəddiməsi

İslam təfəkkürünün çox geniş sahələrini öyrənmək çox dəyərli işdir. Amma unutmayın ki, insanın üzərinə qoyduğu vəzifəyə diqqət yetirmədən boşluqda bilgi öyrənmək çox da uğurlu deyil. Elm əməlin müqəddiməsidir. Bir şey öyrənirik ki, doğru yolu tanıyaq, onda addımlayaq, israrla dayanaq və məqsədlərinə sarı irəliləyək. Dini bilgi gəncə, xüsusən də tələbə və şagirdə, arxasınca gələn saleh əməllə birgə öyrədildikdə, onu silahlandırmalı, bugünkü nəslimizin önündə mövcud olan çox mühüm və çətin yolu qət etmək üçün onda inam yaratmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button