VİLAYƏT BAĞÇASI 6-CI CİLD

Tələbə – ölkə gələcəyinin ümidi
İstəyirəm bu məclisdə deyəcəyim sözlər bu bir neçə gündə Kermanın müxtəlif şəhərlərində danışdıqlarımın təkrarı olmasın. Bu gün fikrimcə, sizin vilayətinizə gəlişimin doqquzuncu günudür, bu günə qədər vilayətlərə etdiyim səfərlərin ən uzunudur. Çoxlu sözlər danışılıb və dinlənib. Mən həm göskəmli şəxslərin, həm də xalqın adi kütlələrinin sözlərini dinlədim. Tələbə və universitet
mənsubu isə cəmiyyətin seçilmiş təbəqəsidir. Bu, kompliment deyil. Siz ölkənin gələcəyinin ümidisiniz. Əslində, xalqın ürəyinin parçası və onun uzunmüddətli vurğun olduğu sizsiniz. Sizin ölkə məsələlərinə baxışınız geniş olmalıdır. Mən bu barədə bəzi sözlər deyəcəyəm.
Geniş baxış, indiki dövr və gələcək
Tələbə birliklərinin nümayəndəsi olan bu əziz tələbə çox düzgün bir məqama toxundu. O da budur ki, tələbə fəaliyyətlərində və tələbə hərəkatında bugünkü fəaliyyətlərə baxışla gələcək vəzifələrə baxış arasında nisbətə riayət olunmalıdır. Lakin biz ölkə məsələlərinə, ölkənin gələcəyinə, xalqın və ölkənin
qarşısında duran problemlərə ümumi baxmasaq, nəinki gələcək vəzifələri təsvir edə bilmərik, hətta indiki fəaliyyətlərdə də karıxma ehtimalı yaranar.
İslam Respublikasının mahiyyəti
İslam Respublikası – yəni xalq quruluşu, köklü prinsiplər, düşüncə azadlığı və ictimai ədalət əsasında qurulmuş bu müstəqil quruluş Allahın İran xalqına bir hədiyyəsidir. Allah-Taala bu hədiyyəni İran xalqına müftə verməmişdir. Nəsillər zəhmət çəkmişlər, sizdən qabaqkı nəsil ağır və çətin zəhmətlərə dözmüşdür. AllahTaala da söz vermişdir ki, zəhməti mükafatlandıracaq. Mükafat təkcə axirət mükafatı deyil. İndiki həyatda da mükafat verilir. Kim çalışsa, nəticəsini görəcək. İran xalqı çalışdı, Allah-Taala da bu hədiyyəni onlara verdi. Bu elə bir xalq quruluşudur ki, onun təməlləri fəsadla, düzgün yoldan yayınma ilə, əyriliklə və
asılılıqla ziddiyyət əsasında qoyulmuşdur. Bu hədiyyəni qorumaq lazımdır. Belə deyil ki, Allah hansısa bir qövmə nemət verdisə, o qövm bu nemətin onlar üçün qalacağına arxayın ola bilər. Siz Həmd surəsində belə oxuyursunuz: “Nemət verdiyin kəslərin yoluna, qəzəbləndiyin və azmışların yoluna yox”. Yəni
qəzəbləndiklərin və yolunu azanlar da sənin nemət verdiklərindəndir. Belə təsəvvür etmək olmaz ki, Allah bəzilərinə nemət verir, bəzilərini azdırır və qəzəbini göstərir. Xeyr, ayədə göstərilən “qəzəblənmədiyin şəxslər” söz birləşməsi ərəb qrammatikasına əsasən, “nemət verdiyin şəxslər” üçün sifətdir. Allah çox insanlara nemət vermişdir. Nemət verilmişlər iki növdür: Bir dəstəsi öz əməli, pis rəftarı, tənbəlliyi, düzgün yoldan yayınması, yayındırıcı və ötəri həvəslərə üz tutması ilə neməti hədər verir. Bir dəstəsi də öz çalışmaları, fəaliyyətləri və şükür etmələri ilə neməti saxlayan şəxslərdir. Neməti hədər verənlər qəzəbə gələn və yolunu azan şəxslərdir, neməti saxlayanlar isə bunlardan qeyriləri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button