Allah-taala bəşəriyyəti haqqa doğru hidayət etmək üçün yüz iyirmi dörd min (124000) Peyğəmbər göndərdi ki, Özü ilə bəndələri arasında vasitə olub, insanlara dünya və axirət səadətinin yolunu göstərsinlər. Onların birincisi Həzrət Adəm
(əleyhis-salam), sonuncusu isə, Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dir. İslam dini həm maddi həm də mə᾿nəvi ehtiyacları tə᾿min etməyə qadir olması ilə sair dinlərdən
üstündür. Bu müqəddəs din bəşəriyyəti təkamülə doğru aparmaqla yanaşı hər iki dünyada səadətə çatdırmaq üçün Tanrı tərəfindən İslam Peyğəmbəri vasitəsilə göndərilmişdir.
İslamın ulu Peyğəmbəri həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) Qur`ani-Kərimi özünün və gətirdiyi İslam dininin haqq olduğunu sübut edən bir sənəd olaraq təqdim etdi.
