TORPAQ ÜZƏRİNƏ SƏCDƏ İKİ NAMAZIN ARDICIL QILINMASI

Mə`lumdur ki, müqəddəs İslam şəriətinin ən mühüm ibadətlərindən biri namazdır. Namaz – dinin sütunu, möminin meracı, İslamın möhkəm dayağıdır. Namazın əhəmiyyətini vurğulayan Peyğəmbər (s) hədislərindən birini burada qeyd
etmək yerinə düşərdi: “Әgər namaz (Allah dərgahında) qəbul olunarsa, digər ibadətlər də qəbul olunar. Namaz qəbul olunmazsa, digər ibadətlər də qəbul olunmaz.” Hədisdən bu nəticəyə gəlirik ki, hər hansı bir ibadətin qəbul olması, namazın qəbul olmasından asılıdır. Yə`ni, bütün şərtləri yerinə yetirilərək düzgün qılınan və qəbul olunan namaz, digər saleh əməllərin Allah dərgahında qəbula yetməsi üçün vasitədir. Deməli, namazı qəbula yetməyən bəndənin bütün əməlləri də heçə yuvarlanaraq əhəmiyyətsiz olar. Elə bu səbəbdən də, hər bir insan qıldığı namaza,
onun hissələrinə və düzgünlüyünə, həmçinin, bu namazın qəbul olması üçün vacib sayılan şərtlərə daha diqqətlə yanaşmalıdır. Bəndə dərk etməlidir ki, namaz yalnız Allah və Onun rəsulunun əmr etdiyi qaydalara müvafiq olaraq yerinə yetirilməlidir. Peyğəmbər (s) buyurub: “Mənim yerinə yetirdiyim namazı nə cür
görmüsünüzsə, siz də, namazınızı o cür yerinə yetirin.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button