O həzrətin hacətindən öncə etdiyi duası.
Həmd o Allaha məxsusdur ki, varlıq aləminin əvvəli odur, Ondan öncə bir əvvəl olmamış, axırdır, Ondan sonra bir axır yoxdur, O Allah ki, görənlərin gözü onu görməkdən, vəsf edənlərin düşün-cəsi Onu vəsf etməkdən acizdir. Yaranmışları qüdrət əli ilə xəlq etdi, onlara Öz iradəsi əsasında surət verdi, sonra hamını Öz iradəsi yolunda yola saldı, Özünə eşq və məhəbbət yolunda dirçəltdi. Mövcudat onlara tə’yin edilən ölçüdən bir addım irəli və
geri götürə bilməz. Lütfündən onlar üçün mə’lum və bölünmüş ruzi qərar verdi, bol ruzi verdiyi kimsənin ruzisini heç kəs əskildə bilməz, ruzisini əskiltdiyi kimsənin ruzisini də heç kəs artıra bilməz.