ANAMIN DUASI

Türkiyəli müharibə əlili İsa Şəbahət Məhdəvinin
həyat hekayəsi

Bir ayağımı yük maşınının ayaqlığına qoyub qalxdım. Mən oturan kimi Cabbar qaza basdı, artıq inandım ki, zarafat deyil, həqiqətən, gedirəm. Gözdən itənə qədər yan güzgüdən anama və Oruca baxıb əl yellədim, boğazımda qalmış qəhəri çətinliklə udub
göz yaşlarımın qarşısını almağa çalışdım. Qış idi, yolun hər iki tərəfindəki ağaclar paltarlarını soyunmuşdular. Qapıların arasından içəri soyuq girir, qızdırıcının təsirini azaldırdı. Radiodan gələn musiqini dinləyib gözlərimi məni röyalarıma doğru aparan yola dikdim. O şəkli gördüyüm gündən dörd ay ötürdü və mən yer üzünün ən xoşbəxt adamı olmaq üzrəydim.
Cabbar barmaqlarının arasındakı siqaretdən bir qullab vurub mənə ötəri göz atdı.
– Mənə bax, İsa, yaxşı fikirləşmisən? Əminsən ki, iki gündən sonra fikrindən dönüb evə qayıtmaq
istəməyəcəksən? – deyə qəhqəhə ilə güldü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button