QURANİ-KƏRİMDƏ XİTABLAR 8-ci CİLD

Ötən bəhslərimizdə Allahın Qurani-Kərimdə möminlərə etdiyi xitablardan üçüncü nümunə olaraq “Ali-İmran” surəsinin 102-ci ayəsi haqda söhbət açdıq. Allah-təala bu mübarək ayədə möminlərə xitab edərək onlara təqvalı olmağı təkid edir. Həmçinin təqvanın fayda və xüsusiyyətləri haqda da geniş söhbət etdik. Söhbətimiz bu yerə gəlib çatdı ki, hansı amillər insanda təqvanı gücləndirir? Bu haqda da bir neçə mühüm amillə tanış olduq. Həmin amillərdən biri də qiyaməti xatırlayıb yada salmaqdır. Deməli, qiyamətə
imanı olan və həmişə onu xatırlayan insanlar təqvaya yaxınlaşmış olurlar. Amma əgər bir kəs ölümü, qiyaməti, qiyamət gününün məhkəməsini yaddan çıxarıb öz bildiyini etsə, həmin şəxsdə təqva ola bilməz. Təqva o insanlardadır
ki, heç bir vaxt qiyaməti unutmurlar. Əlavə olaraq qeyd edildi ki, bərzəx aləmi, qiyamət, cənnət və cəhənnəm insanın axirət dünyasına aid olduğu üçün bu mərhələ ölümdən başlayır. Ölüm insan üçün bu dünyanın sonu, axirət dünyasının başlanğıcıdır. Ötən bəhslərimizdə Quran ayələrinə və hədislərə istinad edərək insanın ölüm ayağında olarkən son anlarında keçirdiyi hisslər, onun gözünə görünənlər, ölümü insana asanlaşdıran və çətinləşdirən amillər barədə geniş şəkildə bəhs etdik. Bu bəhsimizdə isə insanın ölümdən sonra keçdiyi mərhələlər barədə danışacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button