Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Muhəmməd və onun pak
Əhli-Beytinə Allahın salamı olsun! Şübhəsiz ki, sələfilik sahib olduqları
maddi imkanlar və təbliğat mexanizmi sayəsində zəif əqidəli insanlara
təsir edir. Bilgi vasitələrindən məhrum olan və dəlilləri araşdırmaq
gücünə sahib olmayan çoxlu sayda müsəlmanlar onların təbliğatına
uymuşlar. Bu təbliğatın təsiri altına düşən hər bir şəxs özünü xilas
etməzsə terrorist insana çevriləcək. Buna əsasən də sələfilərin
şübhələrinə cavab verəcək, batil əqidələrini və təhlükəli düşüncələrini
məhv edəcək elmi tədqiqat mərkəzlərin olduqca əhəmiyyətlidir. Belə
mərkəzlər İslam dinini zorakılıq və radikallıqdan uzaq saf və pak
prinsiplərini bəşəriyyətə təqdim etməlidir. Aşağıdakı araşdırmamız məhz bu məqsədi özündə ehtiva edir. Bu araşdırmada sələfilərin etimad etdikləri hədisləri və dəlilləri araşdırmaq qərarına gəldim. Sələfi kitablarını mütaliə edən hər bir oxucu həmin kitabların müəlliflərinin müəyyən hədislərə istinad etdikləri ilə rastlaşır. Onlar həmin hədislərə əsasən dəlil gətirərək özlərində və onların məzhəbinə mənsub olan oxucularda əminlik yaratmaq istəyirlər. Bununla da özlərinin doğru yolda olduqlarını bir daha təkid etmiş olurlar. Bu, başqalarını öz məsləkinə dəvət etmək üslubudur. Burada belə bir sual meydana çıxır: Sələfilərin daima istinad etdikləri dəlillər hansılardır? Həmin dəlillər obyektiv elmi tənqid baxımından necə dəyərləndirilir? Sələfilər müsəlmanların onlara tabe olmalarını gərəkdirən doğru dəlillərə sahibdirlərmi? Bu araşdırmada onların prinsiplərinə əsasən etimad etdikləri dəlillərinin əksəriyyətini Allah-taalanın bizə bəxş etdiyi lütf sayəsində müfəssəl surətdə tədqiq edəcəyik. Hər bir xeyirə doğru yönəldən məhz Odur!