AXİRƏT AZUQƏSİ – İKİNCİ CİLD

Təffəkürün əhəmiyyəti və qəfləti aradan aparan amillərin
qorunmasının lüzumu

Bundan qabaq xof və qorxu barəsində, həmçinin insanda xof və qorxunun yaranmasına səbəb olan amillər haqqında bəhs edildi. Deyildi ki, insanda ilahi xofun yaranmasına səbəb olan amillərdən biri də Qiyamət gününün əzəmətinə, cəhənnəm əzablarının böyüklüyünlə və cənnət nemətlərinin genişliyinə və əhəmiyyətinə edilən diqqətdir. Peyğəmbərin (s) bu bölümdəki sözlərinin öncəki mətləblərlə bağlılığı bundadır ki, xof, qorxu, şövq, ümid, məhəbbət və üns kimi qəlbi halların hamısı insanın ayıq və diqqətli olduğu zaman meydana çıxır; amma əgər qafil olub diqqəti zəif olsa, bu hallar ya onun qəlbində heç olmayacaq, ya da olsa, zəif və solğun surətdə özünü göstərəcəkdir. Elə ki, insan qəflətə düçar oldu, qəlbini qəsavət bürüdü və özünün mübtəla olduğu əxlaqi rəzilətdən xəbərdar oldu, onun həmin alçaq haldan xaric ola bilməsi üçün nəzərdə tutulan tədbirlərə əl atmalıdır. Bu tədbirlərdən biri insanın ona təsir edən amillərə diqqət yetirməsidir. İnsana təsir edən amillərin bəziləri insanın öz qəlbində baş qaldırır, bəziləri isə xarici amillərdir. Hərdən xaricdə bir hadisə baş verir,- insan bir söz eşidir və ya münasib şərait meydana çıxır ki, bu onun qəflətdən ayılmasına səbəb olur. Əlbəttə, bu təsir ilahi tovfiq zümrəsindəndir və insan Allah-təalanın ona olan lütfünü və tovfiqini daha da artırmaq üçün qarşıya çıxmış belə fürsətlərdən istifadə edib qədirdanlıq və şükür etməlidir. Əgər bu fürsətlərdən istifadə və
qədirdanlıq etməzsə, insanın qəfləti və qəlbi qəsavəti daha da dərinləşəcəkdir. Hədisin bu yerində Peylğəmbər (s) buyurur: “Ey Əbuzər! Cənazə yanında, din düşmənləri ilə müharibə zamanı və Quran oxunduğu vaxt (astadan danışıb) səsini çox qaldırma”. Peyğəmbər (s) bu kəlamında əxlaqi, tərbiyyəvi və təhlükəsizlik baxımından üç tövsiyyə ilə çıxış edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button