Onun üçün gecə-gündüzün, vaxtlıvaxtsızın, iş-qeyri-iş gününün fərqi yox idi. Prezident kimi işə başladığı birinci gündən vilayət səfərlərini plana saldı. Getdiyi hər vilayətdə ən imkansız kəndlərin ziyarətini protokola daxil etməyi tapşırırdı. Xalqla, xalqın arasında oldu, xalq üçün işlədi və canını verdi. Xalq da milyonluq dəfn mərasimi ilə onu Allaha doğru yola saldı. Şəhid Rəisinin həyatından iyirmi maraqlı xatirəni hekayət edən “Cənab prezident” kitabı Leyla Ərbabinin rəssamlığı ilə daha da maraqlı olacaqdır.