ÇİÇƏKLƏNMƏ DÖVRÜ

Şah İranı
Batil və azğın quruluşlarda hakim sistem istər siyasi, istər insani mərkəzdən uzaq olan hər bir yerin məhrum qalmasına bais olur, hakimiyyətin mərkəzinə daha yaxın olan hər hansı şəxs və ya qurum daha artıq bəhrələnir, uzaq olan
isə təbii olaraq məhrum qalır. Əgər güc-bəla ilə özünü birtəhər ayaqda saxlaya bilsə, başqa məsələ. Bu, bütün batil quruluşlarda belədir. Şah dövründə
bizdə də belə olmuşdur. Mərkəzdə heç kəsin düşünmədiyi bir məsələ vardısa, o da məhrum bölgələrə qayğı idi. Əgər o zaman çox nadir hallarda məhrum təbəqələrin xeyrinə hansısa iş görülmüşdüsə, bu da məhrumiyyəti aradan
qaldırmaqdan ötrü, məhrum təbəqələrə yardım məqsədilə görülməmişdi. Məsələn, hansısa hərbi baza üçün yol salırdılar ki, amerikalılar su ilə quru arasında əlaqələri zamanı əziyyət çəkməsinlər. Yaxud beynəlxalq bir sazişə üzv ölkələri bir-birinə birləşdirmək üçün yol çəkirdilər və təbii ki, üç-dörd şəhər və kənd də o yoldan istifadə edirdi. Bəzən bir bölgənin səsinin çıxmaması üçün o bölgəyə bir iş görməyə məcbur olurdular. Amma bu qorxu, habelə özlərinin xüsusi maraqları olmayan bütün
şəhər və kəndlər tam bərbad halda qalırdı.

0%

Bəyənilmə

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button