MÜQƏDDİMƏ
Həmd-səna yaranışın ölçülü vücuduna varlıq libası geyindirmiş və
əbədi qüdrət təcəllalarını təbiət əsərlərində nümayiş etdirmiş Allaha layiqdir. Uca pərvazlı xəyal quşu Onun sonsuz qüdrət fəzasında uçmaqda acizdir. İti ağıl və düşüncə köhləni Onun əbədiyyət biyabanında çapmaqda geri qalır. O, səmavi şərit bələdçilərini yaranmışların təkamülü üçün parlaq çıraq qərar verdi, insan cəmiyyətlərinin nizamını onun hökm və qanunlarına itaətdə müəyyənləşdirdi. Bəşər aləminin tərbiyəçiləri, tövhid və həqiqət yolunun bələdçiləri olmuş peyğəmbərlik və vilayət ailəsi saysız salama layiqdir. Bu kitabın əziz oxucuların qarşısında açılan səhifələrində elə bir şəxsiyyətin haq-qında danışılır ki, heç şübhəsiz, bu vaxtadək bir belə fəzilətə sahib olan insan haqqında bir yerdə yazıl-mamışdır. Hələ ki yaradıcılıq və ixtira fırçası belə bir əlvan və cazibədar təsvir nəqş etməmişdir. İmamiyyə şiələrinin birinci imamı həzrət Əmirəl-möminin Əli ibn Əbitalib (ə) haqqında çoxsaylı kitablar yazılıb, yetərli araşdırmalar aparılmışsa da, əlinizdəki kitabda mövzular daha sadə şəkildə tərtib olunmuşdur. Kitab həz-rəti tanıtdırmaq məqsədi ilə yazılmış və mətnlərdə aşağıdakı məsələlər nəzərdən keçirilmişdir. Kitabda sadə, rəvan, eyni zamanda səlis ifadələrdən istifadə olunmuş, çətin anlaşılan terminlərə yer verilməmişdir.
Kitabdakı mövzulara təəssüb və qərəzsiz yanaşılmışdır. Müasir elmdə qəbul olunmayan əsassız bəyanlar və zəif xəbərlərdən pəhriz olunmuşdur. Həzrət Əlinin (ə) xilafətinin sübutunda təəssüb göstərilməmiş, şiə
kitablarına, demək olar ki, müraciət olunmamışdır. İstənilən bir bəhanənin qarşısını almaq üçün sünnə əhlinin mötəbər kitablarına istinad edilmişdir. Həzrət Əlinin (ə) imaməti ilə bağlı ayə və hədislərin zikrin-dən əlavə, digər kitablarda bir o qədər də diqqət yetirilməyən əqli və üsuli iki dəlil göstərilmişdir.