Birinci fəsil: İslamda elmin əhəmiyyəti
Savadsızlıqla mübarizə cihaddır!
Savadlandırma Hərəkatında çalışan qardaş və bacılar cihad halında olduqlarını bilsinlər. Ucqar şəhər və kəndlərə getmək, qapıları döymək, məscidlərdə siniflər düzəltmək və heç bir təşəkkür gözləmədən xalqa ən dəyərli hədiyyə olan elm və savad öyrətmək cihaddır. Savadsızlıq bütün cəmiyyətlər üçün eyibdir, bu dövrdə – böyük güclərin xalqın savadsızlığından və məlumatsızlığından istifadə etdiyi məşəqqətli əsrdə inqilabçı müsəlman cəmiyyət üçün isə daha böyük eyibdir. Savadsızlara hörmətsizlik etmək istəmirəm, amma savadsızlıq doğrudan da eyib sayılır. Savadsızların özləri savadlıların köməyi ilə bu eyibdən qurtulmağa çalışsınlar.
Əziz Peyğəmbərin (s) öyrənmək barədə tövsiyəsi
Bizim Peyğəmbərimiz (s) 14 əsr öncə buyurmuşdur: “Elm Çində olsa belə, gedib öyrənin”.2 Əgər elm ucqar bir yerdə olsa da, gedib öyrənin; elm və sənayedə onların məlumatlarından istifadə edin. Buna əsasən,
digərlərinin elmindən və sənaye nailiyyətlərindən istifadə etmək lazımdır, amma bizim özümüz də öyrənməyə və qurmağa ciddi səy göstərməliyik.
