ƏNAM SURƏSİNİN TƏFSİRİ

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
«ƏNAM» SURƏSİ
Bu surə Peyğəmbərə (s) Məkkədə nazil olmuş 67-ci surədir. Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə əsasən, bu surənin ayələrinin hamısı bir yerdə nazil olmuşdur. Digər Məkkə surələrində olduğu kimi, bu surənin əsas hədəf və məqsədi üçlük təşkil edən tövhid, nübüvvət və məad məsələlərinə dəvət etməkdir. Lakin hər şeydən artıq yeganəpərəstliyə dəvət, eləcə də şirk və bütpərəstliklə mü-barizəyə təkid olunur. Bu surənin ayələrinə dərindən diqqət mü-səlmanların arasında nifaq və pərakəndəlik ruhiyyəsini aradan qaldıraraq onları ayıldar, qəlblərinə bəsirət bəxş edər. «Ənam» surəsinin fəziləti barəsində belə nəql olunur: “O, nazil olarkən 70 min mələk onu müşayiət etmişdir. Hər kəs onu oxusa (və bunun sayəsində ruhu tövhid çeşməsindən sirab olsa), o mələklərin hamısı (Allah dərgahında) onun üçün günahlardan bağışlanmaq istəyər.” Eləcə də Əyyaşi mötəbər sənədlərlə Əbu Bəsirdən rəvayət edir ki, İmam Sadiq (ə)
belə buyurur: «Ənam surəsi bir yerdə nazil olmuş, 70 min mələk onu təzimlə yola salmışdır. Çünki onun 70 yerində Allahın adı qeyd olunmuşdur. Əgər camaat bu surənin oxunmasında nə qədər fəzilət olduğunu bilsəydi, heç vaxt onu tərk etməzdilər.» Sonra buyurdu: «Hər kəsin Allahdan müəyyən bir hacəti varsa və onun rəva olunmasını istəyirsə, «Fatihə» və «Ənam» surəsi ilə dörd rəkətli namaz qılsın. Əli ibn İbrahim nəql edir ki, Həzrət Rza (ə) buyurdu: «Ənam surəsi bir yerdə nazil olub və 70 min mələk təsbih, təhlil və təkbir sədaları ilə bu surəni yola salmışlar. Hər kəs bu surəni oxusa, mələklər Qiyamət gününə qədər onun üçün təkbir deyərlər.»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button