Bu dərs vəsaitində müstəqil elmi fənn və insanların mənəvi fəaliyyət sahəsi olan fəlsəfənin sistemli şərhi, o cümlədən fəlsəfənin mövzusu, onun metodları, məqsəd və vəzifələri, baza anlayışları, kateqoriyaları və cərəyanları haqqında geniş söhbət
açılır. Kitabda fəlsəfəyə girişlə yanaşı, fəlsəfənin, o cümlədən Şərq fəlsəfəsinin tarixi, müasir fəlsəfənin əsaslan, habelə tarix fəlsəfəsi və siyasi fəlsəfə şərh edilir. Qədim və orta əsrlər Azərbaycan fəlsəfəsinin problemləri, XIII-XX əsrlərdə Azərbaycan fəlsəfi fikrinin təşəkkülü ayrıca nəzərdən keçirilir. Nəşr tələbələr, müəllimlər, fəlsəfə problemləri ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulmuşdur. Kitabın ikinci nəşri ali məktəblərin müəllim və tələbə heyətinin xahişi ilə hazırlanmışdır
Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuşdur.