Namaz bir müsalman qəlbinin imanı əqli etiqadının əməli
nişanəsidir. İnsan Məbudunun qibləsinin səmtinə qiyam edərək,
ruku və səcdələrə torpağa baş qoyaraq, tamam vücudu ilə torpağa düşərək deyir:
«Ey Allahım, üzünü Sənə tərəf tutan, Sənin müqabilində torpağa yıxılan mənim ruhum, qəlbim və əqlimdir. Bir əql ki, Sənə
etiqadla dolu, bir ruh ki, Sənə aşiqdir, bir qəlb ki, Sənə olan imanla dolu, namazla və özümü Sənin bərabərində torpağa yıxıb Allahlığını etiraf edərək Şəhadət verirəm ki, yalnız Sənsən yeganə olan Allah, tayı-bərabəri olmayan, itaət və pərəstişə laiq».
Namaz yaradılışın ən pak təsbihi və tək olan Allaha pərəstişi və itaət nişanəsidir. Gündəlik yaşayışın səs-küyləri müxtəlif tərəflərdən insanın diqqətini özünə cəlb edərək fikirlərin cəmlənməsində, qəlbin kamil
sürətdə hazırlanmasında müşküllük yaradaraq onları cürbəcür istiqamətlərə tərəf çəkir. Amma gecə yarısı, səhər vaxtı, maddi yaşayışın səs-küyü yatan vaxt, ruhun sakitliyi, insanın cisminin aramlığı ona tayı-bərabəri olmayan xas bir Şadlıq və ayıqlıq bəxş edir. Bəli hər bir riya, təzahür və özünü göstərməkdən uzaq olan belə bir aram mühitdə insanda qəlbin və ruhun sakitliyi-təkamül halı əmələ gəlir. Həmin dəlilə görə Allah dostları həmişə gecənin axır ibadətlərindən ruhu saflaşdırmaq, qəlbi diriltmək, iradəni
qüvvətləndirmək və ixlası kamilləşdirmək üçün güc, qüvvə alardılar. İslamın əvvəllərində Peyğəmbər (s) həmin ruhani proqramdan istifadə edərək müsəlmanları tərbiyə etdi və onların şəxsiyyətini o qədər yüksəltdi ki, sanki əvvəlki insanlar deyildilər. İslam mənbələrindən gecə namazının fəziləti bərasində yetişən ayə və rəvayətlər də bu həqiqəti təsdiq edir.
