GENİŞ İZAHLI ŞƏRİƏT MƏSƏLƏLƏRİ

ÖN SÖZ
Uca Allah bəndələrin irili xırdalı bütün davranış və danışıqları üçün
müdrikanə proqram və qaydalar təsis etdiyinə görə məsuliyyətli bir müsəlman ilahi vəzifələri icra etmək üçün daima özünün mövcud vəziyyətdəki vəzifəsini öyrənməyə çalışmalıdır.
“Tövzih əl-məsail risaləsi” mükəlləflərin şəriət hökmləri sahəsində
bu ehtyaclarının bir hissəsini təmin etməyi öz üzərinə götürmüş və möminlərin kitabxanalarının daimi və ayrılmaz bir parçasına çevrilmişdir. Məlumatlı şəxslərə gizli deyil ki, mövcud risalələr on illər öncə şiə dünyasının böyük mərcə-i təqlidi həzrət Ayətullah əl-üzma Bürucerdinin nəzarəti altında qələmə alınmış və məsələləri həmin dövrün ehtiyacları əsasında tənzimlənmişdir. Böyük fəqihlər də sonrakı illər ərzində bəzi yeni məsələləri əlavə etdikdən sonra tərtibatında ciddi dəyişiklik etmədən öz dəyərli rəylərini eyni mətnlə bəyan etmiş, mükəlləflərin digər suallarının cavablarını isə ərəbdilli əsərlərində və həmçinin, şəxsi istiftalar çərçivəsində cavablandırmışlar.
Lakin nəzərdə tutulan bir neçə suala cavab tapmaq üçün ərəb dilində olan müxtəlif kitablardan istifadənin və müxtəlif istiftaların araşdırılmasının sıravi insanları hər zaman çoxlu sayda çətinliklərlə qarşı-qarşıya
qoyması nəzərə alınaraq qərara alındı ki, mətnində insanlar üçün müasir dövrdə aktual olan hökmlər qismindən daha çox məsələnin daha münasib bir tərtibatla baxıldığı bir risalə yazılsın. Həzrət Ayətullah əl-üzma Sistaninin “Tövzih əl-məsail” risaləsi olan bu risalə məhz bu məqsədlə onun Məşhəd, Qum və Nəcəfi-əşrəf şəhərlərindəki dəftərxanalarının nəzarəti altında tərtib edilmişdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button