HƏR GÜN QURANLA

Quran və hədis dinin tanınması üçün iki dəyərli məxəz hesab olunur. Belə ki, – məşhur və mütəvatir “Səqəleyn” hədisinə görə, – bir-biri ilə sıx və ayrılmaz əlaqədədirlər. Məlumdur ki, parlaq dini maarifin yayılması Quranın vəhyə dayanan təlimləri olmadan və rəvayətlərdə mövcud olan dərin maarifi anlamadan mümkün deyil. Son illərdə – Quranla yaranan ümumi və uğurlu ünsiyyətə nəzərən – Quran və hədisin öyrədilməsi və yayılması sahələrində əhatəli və faydalı mətnlərin hazırlanması zərurətini yaratmışdır. Bu topluda ən mühüm və işlək Quran maarifinin sistematik və məntiqi surətdə toplanılmasına çalışılmışdır ki, təsirli rəvayətlərin və lazımi izahların əlavə olunması ilə oxucuya faydalı və işlək dini təlimlər məcmusu təqdim etsin.

Mətləblər Peyğəmbərin (s) məşhur hədisi əsasında – “Elm üç növdür: möhkəm ayələr, mötədil vaciblər və dəyişməz sünnələr”[1] – üç hissədə verilmişdir: inanclar, hökmlər və əxlaq.

Quranın mövzular üzrə əzbərlənməsi sahəsində üç toplu nəşr etdikdən sonra hazırda ayə və rəvayətlərin mövzular üzrə əzbərlənməsi ilə bağlı ən önəmli əsərimizi təqdim edirik. İnşallah, yaxın gələcəkdə “Mövzular üzrə əzbərləmə dərsliyi” və “Quranın mövzulara görə əzbərlənməsi metodu” adlı digər iki toplumuzu da oxuculara təqdim edəcəyik.

Bu toplunun bəzi imtiyazları aşağıdakılardır:

  • Quranın mövzular üzrə əzbərlənməsi və izahı prosesinin asanlaşdırılması üçün Quran ayələrinin sistematik və məqsədyönlü toplusunun verilməsi;
  • Müxtəlif Quran və hədis mətləblərinin sistematik və məntiqi bir qəlibdə, ixtisaslaşmış və geniş yayılmış İslam elmi kitablarının metodu əsasında verilməsi;
  • Ən mühüm etiqad, əxlaq və əhkam məsələlərinin – nəticə etibarilə din təlimlərinin ümumi əsaslarının öyrənilməsinə gətirib çıxaracaq – münasib həcmdə və ümumi oxucu kütləsinə uyğun verilməsi;
  • Ümumi oxucu kütləsinin “Səqəleyn”nin ruhverici ayə və hədisləri ilə əlaqəsinin güclənməsi məqsədilə zəngin dini təlimlərin seçimində işləklilik və təsirlilik istiqaməti;
  • Dini dünyagörüşdən qanunlara, əxlaqa, dini həyat tərzinin ləyaqət və zərurətlərinə qədər ən mühüm İslam həyat tərzi göstəricilərinin verilməsi;
  • Dini biliklərin quruluşunda Quran və hədisin birinciliyi üzərində təkid olunması və Peyğəmbərin (s) bu iki dəyərli əmanətinin sıx əlaqəsinin aydın nümunəsinin göstərilməsi;
  • Məxəzlərin çıxarılmasında hədis qaynaqlarının etibarına və mötəbər qaynaqların verilməsinə diqqət.

Qeyd edək ki, qarşınızdakı kitab önəmli mövzulara geniş yer verən və Quranın əzbərlənməsini asanlaşdıran üç cildlik “Quranı mövzular üzrə əzbərləmə dərsliyi” kitabından seçmələrdir. Ümid edirik ki, bu kitab ilahi vəhy müştaqları tərəfindən yüksək dəyərləndiriləcək və həqiqət susuzlarına nur dəryasından və Quran maarifindən bir damla içizdirəcəkdir.

Sonda bu əsərin ərsəyə gəlməsində göstərdiyi cidd-cəhdə görə dəyərli alim və Quran hafizi Höccətül-islam vəl-müslimin Seyid Mehdi Haşimiyə təşəkkürümü bildirirəm. Ayələrin seçilməsinə və hazırlanan materiallara nəzarət olunmasına böyük səylər sərf edən bu əsərin işçi qrupu Höccətül-islam Hacı Əbül-Qasim və Əli Qasimiyə təşəkkürümüzü bildiririk.

Seyid Mustafa Hüseyni

“Nurüs-səqəleyn” Quran və itrət mədəni müəssisəsinin direktoru

Müqəddəs Qum şəhəri

2014.06.12


[1] Kafi, c. 1, səh. 32, hədis: 1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button