ÜLGÜ VƏ NÜMUNƏLƏR
Cavan həyatı müstəqil fikir və başqalarını yamsılama ilə keçir, bəzi məsələlərdə öz ağlına müraciət edib, onun nurundan bəhrələnir, çox vaxt isə, başqalarının yol və üsulundan istifadə edir. özü də bu istifadənin xeyir və şərinə varmayıb, onların rəftarlarının doğruluğunu ağıl meyarı ilə ölçmədən. Ehtimal olunur ki, fikir və təqlidin bu qarışığı və çəkişməsi, insan həyatının cavanlıq dövrünün labud xüsusiyyətidir və şəxsiyyətin hələ tamamlanmadığını, müxtəlif cazibələrin, onun vücud əqrəbini ağıl və hissiyyat arasında sərgərdan qoyduğunu göstərir.
İnsanın başqalarına təqlidi dediklərimiz yalnız cavanlara aid deyildir. Başqa kəslər hətta ömrün yuxarı yaşlarında da (əlbəttə az miqdarda) bəzən başqalarına təqlid edir və onların cəlbedici cazibə mərkəzlərinə məruz qalırlar. Bu həqiqət tələb edir ki, biz pak və dəyərlişəxsiyyətləri cəmiyyətə xüsusilə də, cavanlara tanıtdıraq və onlar həmin şəxsiyyətlərin həyatından özləri üçün ali ülgü və nümunələr götürüb, onların yol və üsulunu öyrənsinlər. Quran əziz Peyğəmbəri “Üsvətün-həsənə” adı ilə tanıtdırır ki, biz onu yaxşı və gözəl
nümunə adlandırırıq. Elə ki, buyurur: (Ləqəd kanə ləkum fiyrəsulillahi usvətun həsənətun limən kanə yərcullahə vəlyəvməl axirə və zəkərəllahu kəsirən) “Allahın Rəsulu (s), haqqın rəhmətinə ümidi və qiyamət gününə imanı olanlar və Allahı çox yad edənlər üçün yaxşı nümunədir.” Bu gün bizim cavan nəslin nümunə görməyə başqalarından daha çox ehtiyacı vardır ki, ictimai və əxlaqi məsələlərdə onların söz və rəftarlarından ilham alsınlar. Amma, bü ülgülər kamal və nümunə cəhətindən bir deyillər, bəlkə vəhy xanədanına nə qədər yaxın olsalar, o qədər kamil olarlar.
